Məhkəmə qərarları › İş №8(014)-318/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-318/2023

13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-318/2023 13.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin e- 2(014)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1826,85 (min səkkiz yüz iyirmi altı manat, səksən beş qəpik) manat əsas borc, 38,26 ( otuz səkkiz manat, iyirmi altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 1865 (min səkkiz yüz altmış beş) manat 51 (əlli bir) qəpik tutularaq Tələbkar İB-nin xeyrinə ödənilməlidir. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. “Elektron İcra İnformasiya” Sistemində Borclu məxsus “Toyota Land - Cruiser- Prado Minik” markalı, **-XM-*** qeydiyyat nömrə nişanlı və “X2” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillər müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Borclu məxsus “Toyota Land – Cruiser - Prado Minik” markalı, **-XM-*** qeydiyyat nömrə nişanlı və “ X2” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1826,85 (min səkkiz yüz iyirmi altı manat, səksən beş qəpik) manat əsas borc, 38,26 ( otuz səkkiz manat, iyirmi altı qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı, cəmi 1865 (min səkkiz yüz altmış beş) manat 51 (əlli bir) qəpik tutularaq Tələbkar İB-nin xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus “Toyota Land – Cruiser - Prado Minik” markalı, **-XM-*** qeydiyyat nömrə nişanlı və “X2” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus “Toyota Land – Cruiser - Prado Minik” markalı, **-XM-*** qeydiyyat nömrə nişanlı və “ X2” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar