Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-32/2025 04.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlu, Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəçi Tələbkar tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qeyd edilir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilir ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi əslində qətnamənin indeksasiyası deyil, faktiki olaraq alimentin miqdarının azaldılmasını istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin tələbinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəçi Tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-171/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya olunması barədə ərizəçi Tələbkar tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-32/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-32/2025
04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver