Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-320/2023 13.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Notariat ofisinin 8İ- 4924 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Notariat Ofisinin 8İ-4924 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Ofisinin 8İ-4924 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu 67353 manat, 20 qəpik əsas borc, 1973 manat 63 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 69315 manat 83 qəpik pul tutularaq “Paşa Bank" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemində Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0.1206 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0.1206 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.0172 ha hissəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Notariat Ofisinin 8İ-4924 saylı xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 67353 manat, 20 qəpik əsas borc, 1973 manat 63 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 69315 manat 83 qəpik pul tutularaq “Paşa Bank" ASC-nin xeyrinə ödənilməlidir. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0.1206 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi aşkar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0.1206 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.0172 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Ağdaş rayonu, Orta Ləki kəndində yerləşən 0.1206 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0.0172 ha hissəsinin üzərinə qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-320/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-320/2023
13.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver