Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-34/2025 17.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1802/2017 nömrəli, 25 aprel 2017-ci il tarixli, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin Şaiq Məmmədovun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1802/2017 nömrəli, 25 aprel 2017-ci il tarixli, icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1802/2017 nömrəli, 25 aprel 2017-ci il tarixli, icra sənədinə əsasən Borclu 5453 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “Nikoyl” X3-nın xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü olaraq icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan VAZ-2102 minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu məxsus olan VAZ-2102 minik markalı **- ED-*** dövlət qeydiyyat nişanlı avtomobili üzərinə həbs qoyulmasına dair qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1802/2017 nömrəli, 25 aprel 2017-ci il tarixli, icra sənədinə əsasən cavabdehlər Borclu, X1 və X2 müştərək qaydada 4502 ABŞ dolları əsas, 951 ABŞ dolları faiz, cəmi 5453 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “Nikoyl” İK Bankının xeyrinə ödənilməsi qət edilmişdir. Tələbin könüllü icrası haqqında 05 iyul 2017-ci il tarixli, 197765/2017 nömrəli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Təqdimata əlavə edilmiş 05 iyul 2017-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1802/2017 nömrəli, 25 aprel 2017-ci il tarixli icra sənədi icraata başlanılmışdır. İşin materialları ilə müəyyən edilir ki, Borclu məxsus olan VAZ-2102 minik markalı **-ED-*** dövlət qeydiyyat nişanlı avtmobil vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus **-ED-*** dövlət qeydiyyat nişanlı VAZ-2102 minik markalı avtmobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus **-ED-*** dövlət qeydiyyat nişanlı VAZ-2102 minik markalı avtmobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-34/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-34/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver