Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-343/2023 20.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 rayon Notariat Kontorunun 8İ-344 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon Notariat Kontorunun 8İ-344 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Kontorunun 8İ-344 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 10147,39 (on min bir yüz qırx yeddi manat otuz doqquz qəpik) manat əsas borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10172,39 (on min bir yüz yetmiş iki manat otuz doqquz qəpik) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan borcun ödənilməsi ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cəriməni ödəməkdən boyun qaçırmışdır. “Elektron İcra İnformasiya” Sistemində Borclu məxsus Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 0,30 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Borclu məxsus Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 0,30 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsinin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş rayon Notariat Kontorunun 8İ-344 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Borclu 10147,39 (on min bir yüz qırx yeddi manat otuz doqquz qəpik) manat əsas borc, ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10172,39 (on min bir yüz yetmiş iki manat otuz doqquz qəpik) manat pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 0,30 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 0,30 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin 0,05 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-343/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-343/2023
20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver