Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-345/2023 20.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 rayon Notariat Ofisinin 8i- 2974 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Notariat Ofisinin 8i-2974 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Ofisinin 8i-2974 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdehlər Borclu 3542,31 manat əsas borc və 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3567,31 manat vəsaiti tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunan məbləğin ödənilməsi bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus, Ağdaş rayonu, Qaraoğlan kəndində ailə üzvülərinin ümumi birgə milkiyyətində 2.59 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus Ağdaş rayonu, Qaraoğlan kəndində 2/10 hissə paylı mülkiyyət hüququ olan 2.59 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 2/10 ha hissəsinin üzərinə həbs həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda Borclu məxsus Ağdaş rayonu, Qaraoğlan kəndində 2/10 hissə paylı mülkiyyət hüququ olan 2.59 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 2/10 ha hissəsinin üzərinə həbs həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayri-ayri hissələri; həmçinin onların altında olan həyətyanı torpaga (bir ailəüçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) vəəsas məşguliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; əsas məşguliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsi yol verilmir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağdaş rayon Notariat Ofisinin 8i-2974 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməməlidir. Məhkəmə hesab edir ki, X1 məxsus Ağdaş rayonu, Qaraoğlan kəndində 2/10 hissə paylı mülkiyyət hüququ olan 2.59 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 2/10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1 hektardan az olduğundan həmin torpaq sahəsinə tələbin yönəldilməsi yol verilməzdir. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon Notariat Ofisinin 8i-2974 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-345/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-345/2023
20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver