Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-346/2023 20.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1345/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1345/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1345/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 8924,38 (səkkiz min doqquz yüz iyirmi dörd manat, otuz səkkiz qəpik) manat borc və 109,65 (yüz doqquz manat, altmış beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı Borclu dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus VAZ-2103 MİNİK markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus VAZ-2103 MİNİK markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda Borclu məxsus VAZ-2103 MİNİK markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu qeyd edilsə də, iş materiallarına həmin avtomobilin mövcudluğu və ya Borclu məxsus olmasını təsdiq edəcək heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1345/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1345/2022 saylı icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-346/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-346/2023
20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver