Məhkəmə qərarları › İş №8(014)-35/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-35/2024

01.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-35/2024 01.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 361/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar və Borclu birgə nikah dövründə əldə etdikləri 8000 manat dəyərində olan “Mercedes Benz C200” markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yarı dəyəri 4000 manat və 70,45 manat ödənilmiş dövlət rüsumunun əvəzi Borclu alınaraq X2 xeyrinə ödənilməlidir. Borclu məxsus “Mercedes Benz C200” markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə Ağdaş Rayon Məhkəməsinin 8(014)-232/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək icra sənədi üzrə borc məbləğini tam olaraq aldığını və Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “Mercedes Benz C200” markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra qrupunun icra məmuru Şaiq Məmmədov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-361/2023 saylı, xx.xx.2023-cü il tarixli sənədinə xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus “Mercedes Benz C200” markalı, **-HK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar