Məhkəmə qərarları › İş №8(014)-35/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-35/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-35/2025 07.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(014)- 1813/2023 saylı, 15 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1813/2023 saylı, 15 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, icra məmuru təqdimatda konkredt olaraq hansı əmlakın üzərinə həbs qoyulmasını göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun Borclu məxsus olan torpaqların üzərinə həbs qoyulması barədə təqdimat və təqdimata əlavə edilmiş sənədlər Ağdaş rayon İcra və Probasiya şöbəsinə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar