Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-350/2023 18.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ramin Abbasovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1353/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 96000 (doxsan altı min) manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-449/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyri-yaşayiş sahəsinin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyriyaşayiş sahəsinin satılması üçün "xxxx" MMC-yə hərraca göndərilmişdir. "xxxx" MMC-nin 134 saylı, 05 oktyabr 2023-cü il tarixli Hərrac protokoluna əsasən Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyri-yaşayiş sahəsi Tələbkar tərəfindən alınmışdır. Göstərilənlərə əsasən Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyri-yaşayiş sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyri-yaşayiş sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan "xxxx" MMC-nin Hərracda Tələbkar Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyriyaşayiş sahəsini almışdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Ramin Abbasovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu məxsus Ağdaş şəhəri, H.Əliyev prospekti, b.82, N:25 ünvanında yerləşən 55.90 kv.m olan qeyri-yaşayiş sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-350/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-350/2023
18.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver