Məhkəmə qərarları › İş №8(014)-351/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-351/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-351/2023 23.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov məhkəməyə təqdimatla müraciət edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Borclu verdiyi apellyasiya şikayəti qismən təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 18 may 2022ci il tarixli, 2(012)-711/2022 nömrəli qətnaməsi – “29 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilsin” hissəsində dəyişdirilsin və 29 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh Borclu aylıq qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə- “aliment tutulsun” hissəsindər dərhal icraya yönəldilsin. Qətnamə - “İddiaçı Borclu və cavabeh Tələbkar arasında xx.xx.2017-ci ildə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 226 saylı nikah qeydi pozulsun, nikah pozulduqdan sorna 29 noyabr 2019-cu il təvəllüdlü X2 anası Tələbkar yanında qalsın, cavabdeh Borclu 43,16 (qırx üç manat, on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin” hissəsində mübahisələndirilməmişdir. Borclu icra sənədi üzrə məbləği ödəməkdən və dəfələrlə Ağdaş rayon İcra və Probasiya şöbəsinə çağrılsa da gəlməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Borclu verdiyi apellyasiya şikayəti qismən təmin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(012)-711/2022 nömrəli qətnaməsi – “29 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilsin” hissəsində dəyişdirilsin və 29 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay cavabdeh Borclu aylıq qazancının ¼ hissəsi miqdarında alimentin iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. Alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə- “aliment tutulsun” hissəsindər dərhal icraya yönəldilsin. Qətnamə - “İddiaçı Borclu və cavabeh Tələbkar arasında xx.xx.2017-ci ildə 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 226 saylı nikah qeydi pozulsun, nikah pozulduqdan sorna 29 noyabr 2019-cu il təvəllüdlü X2 anası Tələbkar yanında qalsın, cavabdeh Borclu 43,16 (qırx üç manat, on altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin” hissəsində mübahisələndirilməmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasov tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun təqdimatı təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1792/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1996-cı il tarixdə Bakı şəhərind\ anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar