Məhkəmə qərarları › İş №8(014)-356/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-356/2023

26.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-356/2023 26.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1816/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən cəmi 624,91 manat X1 və Borclu alınaraq Tələbkar MMQBKT-yə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 8(014)- 1492/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbkar MMQBKT-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1816/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun Borclu məxsus “VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsinə dair təqdimatı təmin edilməməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Belə ki, işin materiallarında Ağdaş Rayon Məhkəməsinin 2(014)-1816/2016 saylı xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə icraata xitam verilməsi barədə qərar aşkar edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun Borclu məxsus ““VAZ-21703” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin üzərinə qoyulmuş həbs götürülməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar