Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-36/2024 11.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X2 Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(014)-3333 saylı məhkəmə əmrinə əsasən Borclu əmlakı üzərinə həbsin qoyulmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(014 )-3333 saylı məhkəmə əmrinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli 2(014)-3333 saylı məhkəmə əmrinə əsasən Borclu Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 907 manat əsas borc, 244 manat faiz borcu, 91 manat cərimə borcu və 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 1262 manat tutulmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Borclu adına Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus, Ağdaş rayonu, Tofiqi kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.40 ha hissəsinin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Təqdimata əlavə olunmuş 13 oktyabr 2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, əsas kredit borcu 907 manat, faiz borcu 244 manat, cərimə borcu 91 manat, cəmi 1244 manat borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu 18 avqust 1980-ci ildə Ağdaş rayonu, Tofiqi kəndində doğulmuş, Ağdaş rayonu, Tofiqi kəndində yaşayan Borclu alınaraq BOKT "xxxx" MMC-yə ödənilsin. Təqdimata əlavə olunmuş torpağa dair çıxarışdan görünür ki, Borclu mülkiyyətinə digər beş mülkiyyətçi ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.98 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qanunvericilik icra icraatı zamanı borclunun əmlakı üzərinə həbsin qoyulmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, ”İcra haqqında” qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Qanunvericiliyin mənasına görə əmlak üzərinə həbsin qoyulması məhkəmə aktının icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhz bu səbəbdən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra məmurunun təqdimatının əsaslandırılmış olmalı olduğu nəzərdə tutulmuşdur. Hazırkı təqdimat isə yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Belə ki, təqdimata əlavə olunmuş materiallar ilə müəyyən olunur ki, təqdimatda icra məmuru tərəfindən icra sənədi üzrə Borclu borcun ödənilməsi ilə bağlı xəbərdarlıq olunması, həmin xəbərdarlığın borclu tərəfindən qəbul edilməsi, ümumiyyətlə borclunun icra hərəkətlərindən məlumatlı olması, həmçinin həmin tarixdən sonra icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı hər hansı tədbirin görülməsi, eləcə də borclunun İcra İdarəsinə çağırılması təqdimata əlavə edilmiş sənədlərdən görünmür. Bununla da icra məmurunun icra sənədinin icrası ilə bağlı qanunda nəzərdə tutulmuş bütün imkanlardan istifadə etməsi öz təsdiqini tapmamışdır. ”İcra haqqında” qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, təqdimatda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci ilqərarında göstərilən məsələlərin araşdırılması öz təsdiqini tapmır. Bu baxımdan hazırkı təqdimat əsaslandırılmamış, icra məmurunun kifayət qədər araşdırma aparmış olduğu və borclunun, üzərinə həbs qoyula biləcək mütanasib əmlakının olmadığını müəyyən etdiyi, mövcud olan əmlakına isə tələbin yönəldilməsinin mümkünlüyü sübuta yetirilməmişdir. Şərh olunanlara əsasən və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 13 oktyabr 2017-cü il tarixli 2(014)-3333 tarixli məhkəmə əmrinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-36/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-36/2024
11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver