Məhkəmə qərarları › İş №8(014)-363/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-363/2023

07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-363/2023 07.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 3474/2017 saylı 27 oktyabr 2017-ci il tarixli məhkəmə əmrinə əsasən cəmi 784 ABŞ dolları borc ödəniş gününə məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat dövlət rüsumu Borclu alınaraq BOKT "xxxx" MMC-nə ödənilməsi nəzərdə tutulmuş, Ağdaş Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 8(014)-170/2018 saylı qərardadı ilə Borclu məxsus “VAZ-21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(014)-3474/2017 saylı məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-3474/2017 saylı 27 oktyabr 2017-ci il tarixli məhkəmə əmrindən görünür ki, cəmi 784 ABŞ dolları borc ödəniş gününə məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat dövlət rüsumu Borclu alınaraq BOKT "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 8(014)- 170/2018 saylı qərardadından görünür ki, Borclu məxsus “VAZ-21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan BOKT "xxxx" MMC-nin 03 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(014)- 3474/2017 saylı məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 26 oktyabr 2023cü il tarixli qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(014)-3474/2017 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək və icra sənədinə xitam verilməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. 2.Borclu məxsus “VAZ 21063” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 3.Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. 4.Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar