Məhkəmə qərarları › İş №8(014)-366/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-366/2023

14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-366/2023 14.11.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023cü il tarixli 2(025)-315/2023 nömrəli icra vərəqəsinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış borcunu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023 nömrəli, icra sənədi üzrə borclu xx xxxx 1993-cü ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Ağdaş rayonu, Dəhnəxəlil kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Borclu uşağı X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat aliment tutulub iddiaçı Aşralyeva (Həbişova) Gülnar Barat qızına verilməsi nəzərdə tutulmuşdur. Təqdimata əlavə edilmiş 11 may 2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023 nömrəli icra vərəqəsinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 11 may 2023-cü il tarixli, № e101912/2023-71-6- 004 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasovun təqdimatı təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(025)-315/2023-009 nömrəli icra sənədi üzrə borclu, 28 mart .03.1993-cü ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar