Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-367/2025 08.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Ağdam Rayon Məhkəməsinin 2(013)-1082/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: Ağdaş rayon İcrа və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin 2(013)- 1082/2025-010 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay , ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa görə ümumilikdə 0,90 misli həddində sabit pul məbləğində aliment 04 mart 2025-ci il tarixdən hesablanılmaqla, cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Ağdam Rayon Məhkəməsinin 2(013)- 1082/2025-010 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün Ağdaş rayon məhkəməsinə müraciət edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş təqdimat vermiş şəxsə, borcluya və tələbkara göndərilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmişlər, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1082/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, iki uşağa görə ümumillikdə 0,90 misli həddində sabit pul məbləğində aliment 04 mart 2025-ci il tarixdən hesablanılmaqla, cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 2(013)-1082/2025- 010 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-1082/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün Borclu vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, Borclu Ağdam Rayon Məhkəməsinin 2(013)- 1082/2025 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinin könüllü icra etməsi barədə xəbərdarlıq məktubları tərtib edilmişdir. İş materiallarında olan borclunun məcburi gətirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş rayonu, Pedaqoji Məktəbin Yataqxanası ünvanında yaşayan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin qanunun 84.3-cü maddəsinə görə, qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə təqdimatı və icra işinin materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, təqdimat rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən yalnız üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq oluna bilər. İş materiallarına xx.xx.2025-ci il tarixli bildirişin, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarının surəti əlavə edilsə də, borcluya həmin sənədlərin təqdim edildiyini,yaxud Borclu çağırış üzrə gəlməkdən imtina etməsini təsdiq edən, eləcə də icra məmuru tərəfindən keçən dövr ərzində hər hansı icra hərəkətinin keçirilməsini təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. Odur ki, təqdimata əlavə olunan sənədlər əsasında borclunun məcburi gətirilməsi üçün qanunda nəzərdə tutulan əsasların mövcud olduğunu müəyyən etmək mümkün olmadığından, məhkəmə təqdimatın rədd edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r а r а a l d ı: Ağdam Rayon Məhkəməsinin 2(013)-1082/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Ramin Abbasovun təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(014)-367/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-367/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver