Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-368/2022 13.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimov təqdimat ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-511/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1860 manat məbləğində pul tutularaq X1 verilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-511/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Borclu Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi üçün Ağdaş Rayon Məhkəməsinə müraciət edilməlidir. Göstərilənlərə əsasən və "İcra haqqında" Qanunun 84.2-ci maddəsini rəhbər tutaraq, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/157333 saylı icra işi üzrə Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağrışına baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməkdən üzürsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında 4/157333 saylı icra işi üzrə Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməlidir. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-2166-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/157333 saylı icra işi üzrə borclu Ağdaş rayonu, Şıxlı kəndində yaşayan Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Ağdaş Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-368/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-368/2022
13.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver