Məhkəmə qərarları › İş №8(014)-37/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-37/2024

11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-37/2024 11.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 5647/2016 saylı 22 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclular X10, X4, X8, X5, X3 və X1 müştərək qaydada cəmi 11392.69 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat alınaraq tələbkar "xxxx" BOKT MMC-nin xetrinə ödənilməlidir. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı Şəki rayon Məhkəməsinin 8(075)-43/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadına əsasən borclu X2 məxsus Şəki şəhəri, R.Əfəndiyev küçəsində yerləşən 0.049 ha torpaq sahəsinin üzrinə həbs qoyulmuşdur. Göstərilənlərə əsasən borclu X2 məxsus Şəki şəhəri, R.Əfəndiyev küçəsində yerləşən 0.049 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-5647/2016 saylı 22 dekabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X10, X4, X8, X5, X3 və X1 müştərək qaydada 8115.18 manat məbləğində əsas borc və 3277.51 manat məbləğində faiz borcu olmaqla, cəmi 11392.69 manat məbləğində borc Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulsun. Cavabdehlər X10, X4, X8, X5, X3 və X1 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq onun 20 manatı BOKT "xxxx" MMC-nin hesabına, 10 manatı isə dövlət büdcəsinə ödənilsin. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli 8(075)- 43/2018 saylı qərardadından görünür ki, borclu X2 məxsus Şəki şəhəri, R.Əfəndiyev küçəsində yerləşən 0.049 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" BOKT MMC-nin 14 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(075)- 5647/2016 saylı məhkəmə əmri üzrə borc tam olaraq ödənilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 20 fevral 2024-cü il tarixli, 238287/2017-71-4-006 nömrəli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 22 dekabr 2016-cı il tarixli 2(075)-5647/2016 saylı icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək və icra sənədinə xitam verilməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, borclu X2 məxsus Şəki şəhəri, R.Əfəndiyev küçəsində yerləşən 0.049 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. 2.Borclu X2 məxsus Şəki şəhəri, R.Əfəndiyev küçəsində yerləşən 0.049 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. 3.Qərardadın icrası Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilsin. 4.Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar