Məhkəmə qərarları › İş №8(014)-370/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-370/2025

12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-370/2025 12.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tələbkar Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində Tələbkar ərizəsinə baxılmasını istəmədiyini, buna görə də ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar Ağdaş Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2(014)-1199/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar