Məhkəmə qərarları › İş №8(014)-373/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-373/2025

26.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-373/2025 26.09.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(014)-413/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X4 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 413/2024 saylı, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaq, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X4 ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmənin 2(014)-413/2024 saylı, 30 iyul 2024-cü il tarixli qətnaməsi ilə 30 mart 2014-cü il təvəllüdlü X9 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175 manat, cəmi 350 manat aliment tutularaq iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Hazırda 2024-cü il tarixdə müəyyən edilmiş alimentin indeksasiyası zərurəti yaranmışdır. Belə ki, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı indeksasiyası olunmalıdır. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində tələbkara, borcluya və icra məmuruna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 231.2-ci maddəsinə əsasən icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş Ağdaş Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(014)-413/2024 saylı qətnaməsinin surətindən görünür ki, Borclu Ərzuman oğlundan 08 fevral 2024-cü il tarixdən başlayaraq 30 mart 2014-cü il təvəllüdlü X9 və 26 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 175(yüz yetmiş beş) manat, cəmi 350(üç yüz əlli) manat aliment tutularaq iddiaçı X2 verilməsi qət edilmişdir. Ərizəyə əlavə olunmuş AZ-İİ №803497 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Borclu, anası isə Tələbkardır. Ərizəyə əlavə olunmuş AZ-İİİ №294436 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, atası Borclu, anası isə X3r. Mülki Prosessual Məcəllənin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Həmin qərarın 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericiliklə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 misli təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Göründüyü kimi ərizəçinin indeksasiya olunmasını istədiyi məhkəmənin alimentlə bağlı qətnaməsi 2024-cü ilin iyul ayında qət edilmişdir. Həmin vaxt Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat olmuşdur. Buradan da aydın olur ki, həmin vaxt qət edilən alimentin miqdarı minimum əmək haqqının 0,51 misli həddində olmuşdur. Beləliklə məhkəmə hazırda indeksasiya edilməli olan alimentin Ağdaş Rayon Məhkəməsinin 30 iyul 2024-ci il tarixli, 2(014)-413/2024 saylı qətnaməsi ilə təyin olunmasını və minimum aylıq əmək haqqının məbləğinin xx.xx.2023-cü il tarixdən 345 manat həddində müəyyən edilməsini nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 30 iyul 2024-ci il tarixli, 2(014)-413/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmalı, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 (sıfır tam yüzdə əlli bir) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Tələbkar ərizəsi təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 30 iyul 2024-ci il tarixli, 2(014)-413/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,51 (sıfır tam yüzdə əlli bir) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar