Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-378/2023 01.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X1 oğlunun katibliyi, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 rayon Notariat ofisinin 8i- 7142 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə Borclu Mirrəddin oğlunun məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş rayon Notariat ofisinin 8i-7142 nömrəli, 09 oktyabr 2023-cü il tarixli icra qeydi üzrə Borclu Mirrəddin oğlunun Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat ofisinin 8i-7142 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu Mirrəddin oğlundan 65,75 manat məbləğində əsas borc, 39,25 manat məbləğində cərimə borcu, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 130 manat pul tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Borclu Mirrəddin oğluna çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə üzürsüz səbəbdən gəlməmişdir. Qeyd olunanlara əsasən Ağdaş rayonu, Qaroğlan kəndində qeydiyyatda olan Borclu Mirrəddin oğlunun Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Ağdaş rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata Ağdaş rayon İcra və Probasiya şöbəsinin nümayəndəsinin və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, borclu tərəfindən borc tam şəkildə ödənilmişdir. Bu səbəbdən, icra sənədi üzrə icra hərəkətlərinin aparılması və borclunun məcburi gətirilməsi qanunaziddir, ona görə də təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MPAY ödəniş qəbzlərindən görünür ki, icra sənədi üzrə 130 manat borcu tam şəkildə ödəmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon Notariat ofisinin 8i- 7142 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə Borclu Mirrəddin oğlunun məcburi gətirilməsinə dair təqdimatı rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-378/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-378/2023
01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver