Məhkəmə qərarları › İş №8(014)-38/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-38/2023

17.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-38/2023 17.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun, Borclu X2 iştirakı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-545/2018 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)- 545/2018 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-545/2018 saylı icra sənədinə əsasən borclu X1 1129,72 manat əsas borc, 771,12 manat faiz borcu, cəmi 1900,84 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün borclu X3 dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan borclu X2 məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında borclu X4 bildirdi ki, o, icra məmurunun çağırışlarından yayınmayıb. Ağdaş rayon İcra və Probasiya şöbəsi tərfəfindən onun ünvanına heç bir məktub, bildiriş və s. daxil olmayıb. Təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunu və borclunu dinləyib, təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, işin materialları ilə müəyyən edilir ki, borclu X2 icra hərəkətləri barədə məlumatlandırılmasına dair məktubların ona çatıdırılmasını təsdiq edən və X2 icra sənədinin icrasından yayınmasını təsdiq edən sənədlər işin materiallarına əlavə edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-545/2018 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(014)-545/2018 saylı icra sənədi üzrə borclu X2 məcburi gətirilməsi barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar