Məhkəmə qərarları › İş №8(014)-380/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-380/2022

21.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-380/2022 21.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X12, X1nun, X7, X2, X3, X4 iştirakları ilə, Ağdaş rayon Məhkəməsinin 05 vaqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsinin icraya yönəldilməsi tələbinə dair X1, X13, X6, X9, X10, X14, X15 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X1, X13, X6, X9, X10, X14, X15 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 vaqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişlər. Ərizədə tələb onunla əsaslandırılmışlar ki, cavabdeh Maraqlı şəxs qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınmasına və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icraya yönəldilmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun tərəfindən sözü gedən qətnamə icra edilmiş və xx.xx.2022-ci il tarixdə “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Lakin qətnamə icra edildikdən sonra cavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağlamışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 avqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsinin yenidən icraya yönəldilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən tələbkar X11 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər tələbkarlar X13, X6, X9, X10 məhkəmədə izahat vermiş tələbkar X5 izahatına uyğun izahat vermişlər. Məhkəmə iclasında iştirak edən Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov izahatında Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu Ləki qəsəbəsi C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün icraya yönəldilmiş, tərəfindən sözü gedən qətnamə icra edilmiş və xx.xx.2022-ci il tarixdə “İcraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Lakin tələbkarların müraciəti əsasında mübahisli əraziyə baxış keçirmiş, borclu Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə yenidən həmin ərazini qanunsuz bağlamışdır. Digər tələbkarlara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə digər tələbkarların və borclunun iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olun Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 53/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınması və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması qət edilmişdir. İş materiallarından məlum olur ki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarından görünür ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(014)-53/2021 nömrəli qətnaməsi tam icra edilmişdir. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələbləri baxımından məhkəmə aktları qanuni qüvvəyə mindiyi gündən dərhal icra edilməlidir. Təsadüfü deyildir ki, Avropa İnsan Hüquqları Məhkəməsi formalaşdırdığ hüquqi təcrübəyə əsasən məhkəmə aktlarının icra edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu kimi qiymətləndirərək öz qərarlarında davamlı olaraq qeyd etmişdir ki, məhkəmə aktında təsbit edilən hüquq xəyali və nəzəri olmamalı, praktiki və gerçək olmalıdır. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 5.2-ci maddəsində qeyd edilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Eyni Məcəllənin 233.3-cü maddəsində qeyd edilir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində qeyd edilir ki, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 82.1-ci maddəsində qeyd edilir ki, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsi icraya yönəldilərək qanuna müvafiq şəkildə icra olunmuş və icra sənədi üzrə icraata xitam verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbi baxımından həmin tərəflər arasındaki mübahisəyə təkrar baxıla bilməz. Belə olan halda Ağdaş rayon Məhkəməsinin 05 vaqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsinin icraya yönəldilməsi tələbinə dair X1, X13, X6, X9, X10, X14, X15 tərəflərindən verilmiş ərizələ təmin edilməli və Ağdaş rayon Məhkəməsinin 05 vaqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnməli və icra sənədi icra olunması üçün icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Ccavabdeh Maraqlı şəxs tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınsın və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması qət edilmiş Ağdaş Rayon Məhkəməsinin 05 vaqust 2021-ci il tarixli, 2(014)-53/2021 saylı qətnaməsi icra olunması üçün yenidən icraya yönəldilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul edən Ağdaş rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Məhkəmə qərardadından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar