Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-382/2023 08.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli icra sənədinə izah edilməsi barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı X2 və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Borclu, X1 və X3 yaşadıqları evin həyətindən iddiaçının vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunması və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə təyin etmə məktubu tərəflərə göndərilmişdir. Lakin, həyətdən üç su yolu keçdiyindən, hansı su yolunun bərpa olunacağı dəqiq bilinmədiyindən borclu ilə tələbkar arasında narazılıq yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Borclu, X1 və X4 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilərək iddiaçı X2 və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Borclu, X1 və X3 yaşadıqları evin həyətindən iddiaçının vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunması və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılması qət edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə görə icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsinin nəticə hissəsindən qətnamənin icra olunmalı hissəsi aydın görünür. Müvafiq məhkəmə qətnaməsi və onun əsasında verilmiş icra sənədi aydın şəkildə tərtib edilmişdir. Qətnamədən görünür ki, nə mülki işə baxılarkən tərəflər 3 su yolunun olmasını bildirməmişlər, nə də işin halları ilə 3 su yolunun olması müəyyən edilməmişdir. Eyni zamanda, hazırda ərizəyə də ərazidə 3 su yolunun olması barədə sübut əlavə edilməmişdir. Bundan başqa, icra sənədində hansı su yolu olduğu konkret təsvir olunmaqla göstərilmişdir (“X2 və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolu”). Göründüyü kimi hazırkı ərizənin verilməsi üçün heç bir lüzum olmamışdır və qətnamənin qanunvericiliklə müəyyən edilmiş vaxt çərçivəsində icra edilməsinə mane olur. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qətnamənin izah edilməsinin prosessual əsasları müəyyən edilməsə də, məhkəmə təcrübəsində bu əksər hallarda qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədəki sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli qətnaməsi üzrə tələbin hansı formada icra olunması tam aydın şəkildə göstərildiyindən, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264-cü və 266- 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin 2(014)-18/2022 saylı, 25 yanvar 2022-ci il tarixli icra sənədinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra, qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət vermək olar. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-382/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-382/2023
08.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver