Məhkəmə qərarları › İş №8(014)-398/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-398/2022

31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-398/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov məhkəməyə təqdimatla müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-584/2022 saylı icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli, 189-GL/19 nömrəli müqavilə üzrə 12653 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 400 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 13053 manat məbləğində pul vəsaiti Borclu tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat Borclu tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti Borclu tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Qeyd edilən icra sənədində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədi üzrə borclu xx.xx.1985-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Qobu-Üstü kəndi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2019-cu il tarixli, 189-GL/19 nömrəli müqavilə üzrə 12653 manat məbləğində əsas borc və öhdəliklərin icra edilməməsinə görə cərimə qismində 400 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 13053 manat məbləğində pul vəsaiti Borclu tutularaq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 100 manat Borclu tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 350 manat məbləğində pul vəsaiti Borclu tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməlidir. Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda icra vərəqəsi üzrə yaranmış aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra qrupunun icra məmuru Taleh Kərimov tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli, № e-87816/2022-71-4-002 saylı bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimovun təqdimatı təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-584/2022 saylı icra sənədi üzrə borclu, xx.xx.1985-ci ildə ünvan 1ində anadan olmuş, Ağdaş rayonu, Qobu- Üstü kəndi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar