Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-40/2024 15.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2(014)-1141/2023 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e- 2(014)-1141/2023 saylı saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1141/2023 saylı ,14 .08.2023-cü il tarixli, icra vərəqəsinə əsasən cavabdeh Borclu və X1 cəmi, 1268,01 manat və 1706,25 manat məbləğində kredit borcu və ödənilmiş 37,07 manat məbləğində dövlət rüsumu alınıb tələbkar “Finca Azərbaycan “MMC QBKT-nın xeyrinə ödənilməlidir. Borclu çağrış və xəbərdarlıq göndərilməsinə baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməmişdir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Ağzıbir kəndində ünvanında qeydiyyatda olan Borclu məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1141/2023 saylı ,14 .08.2023-cü il tarixli, icra vərəqəsinə əsasən cavabdeh Borclu və X1 cəmi, 1268,01 manat və 1706,25 manat məbləğində kredit borcu və ödənilmiş 37,07 manat məbləğində dövlət rüsumu alınıb tələbkar “Finca Azərbaycan “MMC QBKT-nın xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2(014)-1141/2023 saylı icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, e-2(014)-1141/2023 saylı icra sənədi üzrə Ağdaş rayonu, Ağzıbir kəndində ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-40/2024
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-40/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver