Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-404/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1161/2017 saylı 24 iyul 2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 14 mart 2017-ci il tarixdən başlayaraq 02 avqust 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat aliment Tələbkar xetrinə tutulmalıdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1161 saylı 24 iyul 2017-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon Məhkəməsinin 8(014)-1688 saylı 15 dekabr 2017-ci il tarixli qərardadı ilə Borclu və ailə üzvlərinə məxsus 0.52 hektar torpaq saəsinin JN-071 A, KOD90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0.104 hektar hissəsinin və Borclu və ailə üzvlərinə məxsus 2.19 hektar torpaq sahəsinin (JN-0032, KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) 0.438 hektar hissəsinin üzərinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində Tələbkar xx.xx.2021-ci il tarixli ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1161 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsini məhkəməyə geri qaytarılmasını xahiş etmiş və xx.xx.2021-ci il tarixdə icra sənədi icra olunmadan Ağdaş Rayon Məhkəməsinə geri qaytarılmışdır. Göstərilənlərə əsasən Borclu və ailə üzvlərinə məxsus 0.52 hektar torpaq sahəsinin JN-071 A, KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0.104 hektar hissəsinin və Borclu və ailə üzvlərinə məxsus 2.19 hektar torpaq sahəsinin (JN-0032, KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) 0.438 hektar hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1161 saylı 24 iyul 2017ci il tarixli icra vərəqəsinə əsasən Borclu 14 mart 2017-ci il tarixdən başlayaraq 02 avqust 2016-cı il tarixdə andan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 100 manat aliment Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 8(014)-1688 saylı 15 dekabr 2017-ci il tarixli qərardadına əsasən Borclu və ailə üzvlərinə məxsus 0.52 hektar torpaq sahəsinin JN-071 A, KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0.104 hektar hissəsinin və Borclu və ailə üzvlərinə məxsus 2.19 hektar torpaq sahəsinin (JN-0032, KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) 0.438 hektar hissəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən o, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1161 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsini məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin 04 oktyabr 2021ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1161 saylı 24 iyul 2017-ci il tarixli qətnaməsi icra olunmadan Ağdaş Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək və borclunun əmlakının üzərinə həbsin saxlanılmasında zərurətin aradan qalxdığını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu və ailə üzvlərinə məxsus 0.52 hektar torpaq sahəsinin JN-071 A, KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 0.104 hektar hissəsinin və Borclu və ailə üzvlərinə məxsus 2.19 hektar torpaq sahəsinin (JN-0032, KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) 0.438 hektar hisssəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. 2.Borclu və ailə üzvlərinə məxsus 0.52 hektar torpaq sahəsinin (JN-071 A, KOD 90317038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) 0.104 hektar hissəsinin və Borclu və ailə üzvlərinə məxsus 2.19 hektar torpaq sahəsinin (JN-0032, KOD 90317038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı) 0.438 hektar hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. 3.Qərardadın icrası Ağdaş Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 4.Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-404/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-404/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver