Məhkəmə qərarları › İş №8(014)-405/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-405/2022

31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-405/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi X1 iştirakı ilə X4 Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə olan borcun hissə-hissə icra edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək qətnamə üzrə "xxxx" MMC-nin hüquqi varisi Tələbkar MMC-nin xeyrinə ödənilməli olan 2098 manat borc və 40.98 manat ödənilmiş dövlət rüsumu, cəmi 2138 manat 98 qəpik (iki min bir yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) borcun hər ay 100 (bir yüz) manat məbləğində ödənilməklə hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsində göstərilənləri təsdiq edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə olan borcun icrasından boyun qaçırmadığını, himayəsində üç uşağının olduğunu, təzəlikcə işə girdiyini, əməkhaqqından başqa heç bir gəlir yerinin olmadığını, ailənin yeganə qazanc gətirən üzvü olduğunu, banka kredit ödədiyini, bir sözlə ailənin bütün qayğılarının yalnız özünün üzərində olduğunu, odur ki, maddi vəziyyətinin tələb olunan borcu birdəfəlik və ya az bir müddətdə ödəməyə imkan vermədiyini, buna görə qətnamə qanuni qüvvəsinə minən gündən bəri tələb olunan borcu ödəyə bilmədiyini bildirib qətnamə üzrə "xxxx" MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə ödənilməli olan 2138 manat 98 qəpik (iki min bir yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) borcun hər ay 100 (bir yüz) manat ödənilməklə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin hüquq varisi Tələbkar MMC-nin nümayəndəsinin və icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2nu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli icra sənədinin materialları ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X3 2098 manat borc və 40.98 manat ödənilmiş dövlət rüsumu, cəmi 2138 manat 98 qəpik (iki min bir yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) tutularaq "xxxx" MMC-nin hüquqi varisi Tələbkar MMC-nin xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin bu günə qədər tələb olunan borcdan bir manat da olsa ödənilməmiş, icra məmuru tərəfindən ərizəçinin, yəni borclunun borcun ödənilməsinə yönəldiləcək hər hansı bir əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, qətnamə üzrə borclu olan X1 maddi vəziyyətinin ağır olmasını, tələbkarın nümayəndəsinin məhkəməyə gəlmədiyini, borclunun gəliri və yaxud tələbin ödənilməsinə yönəldilə bilinəcək bir əmlakının olması barədə məhkəməyə hər hansı sənəd-sübut təqdim edilmədiyi, belə olan halda qətnamə üzrə olan borcun onsuz da qısa müddət ərzində ödənilə bilinməməsi nəzərə alınaraq, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə X3 tutularaq "xxxx" MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə ödənilməli olan 2098 manat borc və 40.98 manat ödənilmiş dövlət rüsumu, cəmi 2138 manat 98 qəpik (iki min bir yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) manat borcun hər ay 100 (bir yüz) manat məbləğində ödənilməklə hissə-hissə icra edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə ağlabatan müddət ərzində icra olunar və icra edilməmiş vəziyyətdə qalmaz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1483/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X3 "xxxx" MMC-nin hüquq varisi Tələbkar MMC-nin xeyrinə tutulmalı olan 2098 manat borc və 40.98 manat ödənilmiş dövlət rüsumu, cəmi 2138 manat 98 qəpik (iki min bir yüz otuz səkkiz manat doxsan səkkiz qəpik) borcun hər ay 100 (bir yüz) manat məbləğində ödənilməklə hissə-hissə icra edilsin. Qərardadın icrası Ağdaş Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar