Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-408/2025 04.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən verilmiş «borclunun məcburi gətirilməsi barədə» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra qeydinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra qeydi üzrə “X2”Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan Borclu, ünvan 1i ünvanında qeydiyyatda olan X1 10615 manat 95 qəpik tutulmalıdır. Bundan əlavə borcludan 65 manat 87 qəpk məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10706 manat 82 qəpik pul tutulmalıdır. İcra qeydini borclu icra etməmişdir. Odur ki, məcburi gətirilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra qeydinin surətindən görünür ki, “X2”Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ünvan 1i ünvanında qeydiyyatda olan Borclu, ünvan 1i ünvanında qeydiyyatda olan X1 10615 manat 95 qəpik tutulmalıdır. Bundan əlavə borcludan 65 manat 87 qəpk məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10706 manat 82 qəpik pul tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra qeydini könüllü icra etməsi üçün Borclu 10 gün vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədini könüllü icra etməsi, əks halda məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “SMS bildirişin göndərilməsi barədə” çıxarışdan görünür ki, Borclu icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunmuş və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi izah edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1972-ci ildə ünvan 1ində anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Borclu Ağdaş rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, 8İ-7026 saylı icra qeydinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(014)-408/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-408/2025
04.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver