Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-410/2023 12.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X1 oğlunun katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 Rayon Məhkəməsinin xx.xx.2015ci tarixli, 2(014)-119/2015 saylı icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(014)- 119/2015 saylı icra sənədinə əsasən Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(014)-119/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 2294 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nə ödənilməsi qət edilmişdir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir.Tələbkar olan BOKT "xxxx" ASC-dən daxil olan xx.xx.2023-cü il tarixli məktubda Borclu məxsus çəkisi 7.2 qram olan 583/585 əyyarlı, 115 ABŞ dolları dəyərində olan boyunbağı, üzük qızıl zinət əşyaları kreditin təminatı olaraq girov müqaviləsinə əsasən BOKT "xxxx" ASC-nin saxlancında saxlandığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Borclu məxsus çəkisi 7.2 qram olan 583/585 əyyarlı, 115 ABŞ dolları dəyərində olan boyunbağı, üzük qızıl zinət əşyasının üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(014)- 119/2015 saylı qətnaməsindən görünür ki, Borclu 1845 ABŞ dolları əsas borcu, 249 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə borcu, ümumilikdə 2294 ABŞ dolları ödəmə günnə məzənnə üzrə manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2015-ci tarixli, 2(014)- 119/2015 saylı icra sənədindən görünür ki, Borclu 2294 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar BOKT "xxxx" MMC-nə ödənilməlidir. Təqdimata əlavə edilmiş aktdan görünür ki, Borclu məxsus çəkisi 7.2 qram olan 585/83 əyyarlı 115 ABŞ dolları dəyərində olan boyunbağı və üzük qızıl zinyət əşyası girov qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu məxsus çəkisi 7.2 qram olan olan 583/585 əyyarlı, 115 ABŞ dolları dəyərində olan boyunbağı, üzük qızıl zinət əşyasının üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu məxsus çəkisi 7.2 qram olan 583/585 əyyarlı, 115 ABŞ dolları dəyərində olan boyunbağı, üzük qızıl zinət əşyasının üzərinə həbs qoyulsun. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-410/2023
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-410/2023
12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver