Məhkəmə qərarları › İş №8(014)-412/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-412/2023

14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-412/2023 14.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 rayon Notariat Ofisinin 8i- 9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş rayon Notariat Ofisinin 8i-9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Notariat Ofisinin 8i-9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən Borclu 970,47 manat əsas borc, 25 manat ödənilməmiş dövlət rüsumu olmaqla, 995,47 manat pul alınaraq Tələbkar ASCnin xeyrinə ödənilməlidir. Qeyd edilən icra qeydində göstərilmiş tələb könüllü təmin edilmədiyi üçün Borclu dəfələrlə bildiriş, xəbərdarlıq göndərilmiş, lakin edilən çağırışlara baxmayaraq, o, gəlməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən Ağdaş rayonu, Qolqəti kəndində ünvanında qeydiyyatda olan Borclunun məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş rayon Notariat Ofisinin 8i-9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən Borclu 970,47 manat əsas borc, 25 manat ödənilməmiş dövlət rüsumu olmaqla, 995,47 manat pul alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş 27 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən Ağdaş rayon Notariat Ofisinin 8i-9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında 25 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Borclu icra qeydini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, icra məmuru Ramin Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şaiq Məmmədovun Borclunun məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş rayon Notariat Ofisinin 8i-9403 saylı 22 oktyabr 2022-ci il tarixli icra qeydi üzrə Ağdaş rayonu, Qolqəti kəndində ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar