Məhkəmə qərarları › İş №8(014)-414/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-414/2025

14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-414/2025 14.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsinə dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə xx.xx.2025-ci il tarixdən başlayaraq, 26 dekabr 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50(sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Borclu icra sənədini icra etmir. Odur ki, məcburi gətirilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdən başlayaraq, 26 dekabr 2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50(sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin könüllü icra etməsi üçün Borclu vaxt verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu icra sənədini könüllü icra etməsi, əks halda məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “SMS bildirişin göndərilməsi barədə” çıxarışdan görünür ki, Borclu icra sənədini könüllü icra etməsi üçün10 gün vaxt verilmiş, Ağdaş rayon İcra və Probasiya Şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunmuş və icra sənədi icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi izah edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsin əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə getməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə borclunun hər hansı üzrlü səbəb olmadan icra məmurunun çağırışı ilə gəlməkdən boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Ağdaş Rayon Məhkəməsinin 2(014)-1439/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar