Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-415/2022 31.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Ş.Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Ş.Məmmədovun təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-525/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu adına olan buraxılış ili 1991-ci il, rəngi göy rəngli, mühərrik **********3017, ban WDB6023671P114584 olan Mersedes benz 308 mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Həmin minik avtomobili ilə əlaqədar X5 və Borclu hər hansı hərəkətlər etmələrinə (avtomobili satmasına, ipoteka qoymasına, bağışlamasına, dəyişməsinə və s.) qadağa qoyulmalıdır. X1 Ağdaş rayon icra və probasiya şöbəsinə ərizəylə müraciət edərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1949/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borcu tam olaraq aldığını bildirmiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 22-ci maddələrini rəhbər tutaraq Borclu adına olan buraxılış ili 1991-ci il, rəngi göy rəngli, mühərrik **********3017, ban WDB6023671P114584 olan Mersedes benz 308 mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-525/2020 saylı 25 fevral 2020-ci il tarixli qərardadı ilə Borclu adına olan buraxılış ili 1991-ci il, rəngi göy rəngli, mühərrik: **********3017, ban: WDB6023671P114584 olan “Mersedes Benz 308 mikroavtobus” markalı ** BH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulsun. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 5/61551 saylı icra işi üzrə Borclu adına olan buraxılış ili 1991-ci il, rəngi göy rəngli, mühərrik **********3017, ban WDB6023671P114584 olan Mersedes benz 308 mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263,264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 2(014)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 5/61551 saylı icra işi üzrə Borclu adına olan buraxılış ili 1991-ci il, rəngi göy rəngli, mühərrik **********3017, ban WDB6023671P114584 olan Mersedes benz 308 mikroavtobus markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-415/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-415/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver