Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-417/2025 18.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi Tələbkar, Borclu iştirakları ilə Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında» təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(008)-1710/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1710/2024 nömrəli icra sənədinə əsasən Borclu X1 xeyrinə, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixən başlayaraq hər ay hər uşağa 100(yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu təqdim edilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən olunmuşdur. Həmin tarixdən ötən müddət ərzində icra sənədinin icrası təmin olunmamışdır. Buna görə də Borclu ölkədə getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Sonda icra məmuru təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, tələbkarla bir evdə yaşamaqla alimenti ödəyir, əvvəllər əlbə-əl ödəmiş, hal-hazırda birlikdə yaşadıqları üçün qarşılıqlı razılıq əsasında uşaqların məktəb, geyim tələbatları ilə balı xərcləri çəkir. Odur ki, icra sənədini icra etdiyi üçün barəsində verilmiş təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, borclu və uşaqları bir evdə yaşayırlar, Borclu uşaqların məktəb və geyim xərclərində iştirak edir, alimenti ödəyir, sadəcə bir neçə ay əvvəl ödəməni gecikdirdiyi üçün o, icra və probasiya şöbəsinə şikayət etmişdir, hazırda qarşılıqlı razılıq əldə ediblər, borclunun ölkədən çıxmasına məhdudiyyət qoyulmasına ehtiyac yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunu və tələbkarı dinləyib, təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Belə ki, icra məmuru öz təqdimatını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları təqdimata əlavə etməmişdir. Məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla bağlı qeyd edir ki, icra məmuru təqdimatda qanunla nəzərdə tutulmuş zəruri icra hərəkətlərinin edilməsini göstərməklə təqdimatın təmin edilməsini xahiş etsə də, həmin hərəkətlərlə bağlı zəruri sənədləri nə təqdimata əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Eyni zamanda borclunun icra sənədini üzürsüz səbəbdən icra edilməməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim etməməklə məhz bu tədbirin görülməsinin zəruriliyinin nədə ifadə olunduğunu təqdimatda ümumiyyətlə əsaslandırılmamışdır. Eləcə də tələbkar hazırda icra sənədinin icra olunduğunu göstərməklə, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına ehtiyac olmadığını bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Əks təqdirdə, yəni icra məmurunun heç bir əsaslı səbəb göstərmədiyi, formal mülahizələrlə, icrası üçün məcburi icra tədbirlərinin tətbiq edilib-edilmədiyini əsaslandırmadığı, eləcə də, borclu tərəfindən üzrlü və ya üzrsüz səbəbdən icra edilibedilmədiyi qeyri-müəyyən olan icra sənədi üzrə onun ölkədən getməsinə məhdudiyyət qoyulması vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1710/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263,264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1710/2024 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu X4 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Ağdaş rayon İcra və Probasiya Şöbəsinin məmuru X2 təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №8(014)-417/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-417/2025
18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver