Məhkəmə qərarları › İş №8(014)-418/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-418/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-418/2023 15.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X3 oğlunun katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-09/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)- 09/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-09/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 8034,23 ABŞ dolları məbləğində pul vəsaiti və 22,25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" X1 ASC-nin xeyrinə ödənilməlidir. Borclu çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq o, Ağdaş rayon İcra və Probasiya şöbəsinə üzürsüz səbəbdən gəlməmişdir. Qeyd olunanlara əsasən Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, “Elektron Məhkəmə İnformasiya sistemi”ndə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, iş üzrə Borclu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə üryin kəskin işemik xəstəliyindən ölmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-09/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 Muxtar Respublikasının Ali Məhkəməsinin 2(108)-09/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsinə dair təqdimatı rədd edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar