Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-42/2025 24.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə, Tələbkar nümayəndəsi və vəkili Nümayəndə, Borclu iştirakları ilə, Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(014)-67/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X1 üçün, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməklə həmin məbləğin uşaqlar 18 yaşına çatanadək hər ay Borclu tutularaq Tələbkar ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 21 noyabr 2014-cü ildə Borclu ilə rəsmi nikah qeyd etdirmişlər. Sonradan aralarında olan narazılıqlara görə tərəfindən nikahlarının pozulması üçün məhkəməyə müraciət edilmiş və Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(014)-67/2022 nömrəli qətnaməsi ilə onların nikahları poşulmuşdur. Nikah pozulduqda birgə nikahlarından 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X4 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X5 adlı uşaqlarının onun yanında qalmaları müəyyən edilərək 23 sentyabr 2021-ci il tarixdən başlayaraq uşaqların saxlanmaları üçün, maraqlı şəxsdən onun xeyrinə uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Tələbkar nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(014)-67/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment 20 dekabr 2024-cü il tarixli Plenum qərarına əsasən indeksasiya edilməlidir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, uşaqlar onun övladlarıdır və övladlarının ehtiyaclarını qarşılayır. Övladlarının saxlanılması üçün qət edilmiş 120 manat alimenti ödəyir. Qızlarına bahalı telefon və qızıllar aldığı üçün kəsilmiş alimenti ödəməkdə çətinlik çəkir. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində icra məmuru və tələbkara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən icra məmurunun və tələbkarın iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmış 21 noyabr 2014-cü il tarixli 452 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birə nikahlarından anadan olmuş 19 avqust 2019-cu il təvəllüdlü X4 anası Tələbkar himayəsində saxlanılması, Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq, 19 avqust 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar ilə cavabdeh Borclu arasında Mingəçevir şəhər Qeydiyyat şöbəsində qeydə alınmış 21 noyabr 2014-cü il tarixli 452 saylı nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birə nikahlarından anadan olmuş 19 avqust 2019-cu il təvəllüdlü X4 anası Tələbkar himayəsində saxlanılması, Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq, 19 avqust 2019-cu il təvəllüdlü X5 və 15 oktyabr 2014-cü il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində aliment tutulması Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir. Tələbkar Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(014)-67/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X1 üçün, 23 sentyabr 2021-ci il tarixdən başlayaraq uşaqlar 18 yaşına çatanadək hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının müvafiq misli miqdarında indeksasiya edilməklə həmin məbləğin uşaqlar 18 yaşına çatanadək hər ay Borclu tutularaq Tələbkar ödənilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinin tələblərinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Bu daha çox icra sənədində göstərilən tələblərin orada göstərilən üsul və qaydada icrasının mümkün olmadığı hallara aiddir. Həmçinin, belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə, bir qayda olaraq, borclu qətnaməni könüllü icra etmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin Qərarın 8.4-3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, həmin qətnamə ilə müəyyən edilmiş Borclu 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin olunsun. Ağdaş Rayon Məhkəməsinin 2(014)-67/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin icra qaydası dəyişdirilərək, həmin qətnamə ilə müəyyən edilmiş Borclu 15 oktyabr 2014-cü il tarixdə anadan olmuş X2 və 19 avqust 2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilsin. Hazırkı qərardad qanuni qüvvəyə mindikdən sonra miqdarı dəyişdirilmiş alimentin məbləği hesablansın. Borc bu qaydada ödənilmədikdə icra məmuru tərəfindən borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri görülsün. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №8(014)-42/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-42/2025
24.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver