Məhkəmə qərarları › İş №8(014)-421/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-421/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-421/2023 18.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X3 tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Şaiq Məmmədov təqdimatla Ağdaş Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxxxx 1985-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, ünvan 3yul 2017-ci il tarixli icra vərəqəsinə əsasən müştərək qaydada Borclu, X1 və X2 Tələbkar ASC-nin xeyrinə 1551.29 ABŞ dolları əsas borc, 238.51 ABŞ dolları faiz borcu, 15 ABŞ dolları cərimə borcu, cəmi 1804.80 ABŞ dolları borc ödəniş günün üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə olmaqla manat hesabı ilə və 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu çağırış və xəbərdarlıq göndərilməsinə baxmayaraq Ağdaş rayon İcra və Probasiya şöbəsinə üzrsüz səbəbdən gəlməmişdir. Təqdimata baxılması barədə işdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (İcra haqqında Qanunun 2.1 və 2.2-ci maddələri). İcra haqqında Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə diqqətə çatdırır ki, borclunun icra sənədinin icrasına biganə yanaşması və icra məmurunun cağırışlarına əməl etməməsi onun icra sənədini icra etmək niyyətinin olmamasına dəlalət edir. Bu isə yolverilməz haldır. Məhkəmə hesab edir ki, təqdimatın təmin edilməsi icra sənədinin icrasının real olaraq təmin edilməsinə xidmət edəcəkdir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsində göstərilmişdir ki, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilsin. xx xxxxxxxx 1985-ci il tarixdə tarixdə ünvan 1 ünvanında yaşayan Borclu ünvan 3yul 2017-ci il tarixli icra vərəqəsinin icrası üzrə iş günləri ərzində Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar