Məhkəmə qərarları › İş №8(014)-424/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-424/2023

25.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-424/2023 25.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 129/2015 saylı 24 iyul 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu, X1 və X2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 399 manat 80 qəpik məbləğində əsas kredit borcu, 9 manat 90 qəpik məbləğində faiz borcu, 32 manat 80 qəpik cərimə borcu, 21 manat ödənilmiş dövlət rüsumu, kommersiya hüquqi şəxslərin dövlət reysterindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş Lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün çəkilmiş 11 manat xərc, cəmi 474 (dörd yüz yetmiş dörd) manat 50 (əlli) qəpik tutulmalıdır. Borclu məxsus VAZ 2106 markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Ağdaş rayon Məhkəməsinin 8(014)-792/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1291/2015 saylı, 24 iyul 2015-ci il tarixli icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən Borclu məxsus “VAZ 2106” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş olunur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-1291/2015 saylı 24 iyul 2015-ci il tarixli məhkəmə əmrinə əsasən xx.xx.1970-ci ildə ünvan 1 ünvanında yaşayan Borclu, xx.xx.1968-ci ildə Ağdaş şəhərində anadan olmuş Ağdaş şəhəri, Z.Maxsudov küçəsində yaşayan X1 və xx.xx.1964-cü ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, İstiqlal küçəsində yaşayan X2 müştərək qaydada Bakı şəhəri, Babək prospekti, Ələddin Quliyev 1131, Babək Plaza AZ1025-də yerləşən "xxxx" MMC-nin xeyrinə 399 manat 80 qəpik məbləğində əsas borc, 9 manat 90 qəpik məbləğində faiz borcu, 32 manat 80 qəpik cərimə borcu, 21 manat ödənilmiş dövlət rüsumu, 11 manat sənədlərin notarial qaydada təsdiq olunması üçün çəkilmiş xərc, cəmi 474 manat 50 qəpik (dörd yüz yetmiş dörd manat əlli qəpik) tutulmalıdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli 8(014)- 792/2016 saylı qərardadından görünür ki, Borclu məxsus “VAZ-2106” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 04 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 24 iyul 2015-ci il tarixli 2(014)-1291/2015 saylı icra sənədi üzrə borc tam olaraq ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək və icra sənədinə xitam verilməsini nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus “VAZ 2106” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 1.Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədovun borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. 2.Borclu məxsus “VAZ 2106” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. 3.Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. 4.Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar