Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-426/2022 05.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(014)-1046/2022 saylı icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(014)- 1046/2022 saylı icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(014)-1046/2022 saylı icra sənədinə əsasən boclular Borclu və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 6820,81 manat manat əsas borc, 33,01 faiz borcu, cəmi 6853,82 manat borc və 88,54 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 6942,36 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Göstərilən tələbin 10 gün müddətində könüllü qaydada təmin edilməsi barədə borcluya bildiriş, qərar göndərilmiş, lakin tələb könüllü müddət ərzində borclu tərəfindən təmin edilməmişdir. Elektron İcra Sistemində Borclu adına “Hyundayi Elantra” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Borclu mülkiyyətində olan “Hyundayi Elantra” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması məsələsinə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Ona görə də məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(014)-1046/2022 saylı icra sənədinə əsasən boclular Borclu və X1 müştərək qaydada kredit müqaviləsi üzrə 6820,81 manat manat əsas borc, 33,01 faiz borcu, cəmi 6853,82 manat borc və 88,54 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 6942,36 manat tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Borclu mülkiyyətində olan “Hyundayi Elantra” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Hyundayi Elantra” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №8(014)-426/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-426/2022
05.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver