Məhkəmə qərarları › İş №8(014)-431/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-431/2025

26.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-431/2025 26.11.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya edilməsi barədə Tələbkar ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Borclu 28 sentyabr 2016-cı ildə anadan olmuş X3, 30 avqust 2017-ci ildə anadan olmuş X4 və 19 iyun 2019cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 100 manat məbləğində sabit pul məbləğində aliment indeksasiya olunaraq Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, Borclu 04 noyabr 2019-cu il tarixdən başlayaraq 28 sentyabr 2016-cı ildə anadan olmuş X3, 30 avqust 2017-ci ildə anadan olmuş X4 və 19 iyun 2019-cu ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün Tələbkar xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Borclu ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Sonradan münasibətləri pisləşmiş və onlar faktiki olaraq ayrı yaşayırlar. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Borclu 04 noyabr 2019-cu il tarixdən başlayaraq 28 sentyabr 2016-cı ildə anadan olmuş X3, 30 avqust 2017-ci ildə anadan olmuş X4 və 19 iyun 2019-cu ildə anadan olmuş X2 18 yaşına çatana qədər saxlanılmaları üçün Tələbkar xeyrinə hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. Hal-hazırda 28 sentyabr 2016-cı ildə anadan olmuş X3, 30 avqust 2017-ci ildə anadan olmuş X5 və 19 iyun 2019-cu ildə anadan olmuş X1 xeəcləri yetərincə artmış və cavabdehin ödədiyi aliment pulu ilə uşaqların sağlamlıq, məişət, qida və sair qayğıların ödənilməsinə yetmir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 saylı, 03 dekabr 2019-cu tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunması zərurəti yaranmışdır. Övladlarını bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə övladlarının atasına qarşı ehtiyac və tələbatı artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Övladlarının təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Azərbaycan Respublikasında 2025-ci il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat müəyən edildiyindən uşaqların saxlanılması üçün alimentin miqdarı indeksasiya edilərək cavabdehdən onun xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün minimum əmək haqqının 0.40 misli miqdarında müəyyən edilməlidir. Məhkəmə ərizə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar qeyd edilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Ərizəyə və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar Borclu qarşı “alimentin indeksasiya edilməsi” ərizə ilə müraciət etsə də, ərizədə maraqlı şəxs haqqında məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-in 231, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1967/2019 nömrəli, 03 dekabr 2019-cu il tarixli alimentin indeksasiya edilməsi barədə ərizə və ərizəyə əlavə edilmiş sənədlər Tələbkar geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar