Məhkəmə qərarları › İş №8(014)-437/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-437/2022

14.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-437/2022 14.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 Rayon Məhkəməsinin e-2(014)-831/2022 saylı 13 iyun 2022-ci il tarixli icra sənədi üzrə Borclu məxsus Kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Ağdaş şəhərində 14 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli çıxarışa əsasən 0.225 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin Abbasovun təqdimatı belə əsaslandırmışdır ki, Borclu rəsmi qaydada qərar və bildiriş göndərilməklə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə borclu olduğu pulu tələbkar X1 xeyrinə "İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 10 gün müddətinə könüllü şəkildə ödəməsi təklif edilmişdir. Lakin Borclu 10 gün müddətində borcunu ödəməmişdir. Aparılmış icra hərəkətləri nəticəsində müəyyən edilmişdir ki, Borclu adına aşkar edilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli çıxarışa əsasən 0.225 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin qeydiyyata alınmışdır. Bu səbəbdən də Ağdaş Rayon Məhkəməsinin e-2(014)-831/2022 saylı 13 iyun 2022-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu adına aşkar edilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli çıxarışa əsasən 0.225 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyularaq icra sənədi üzrə borcun həmin torpaq sahələrinə yönəldilməsi məqsədə uyğundur. Buna görə də təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanın nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinəəsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimat və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Borclu adına 0.45 ha xüsusi mülkiyyətində olan torpaq sahəsi var, həmin torpaq sahəsinin 1/2 hissəsi Borclu mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş 2(014)-1799/2022 nömrəli mülki iş üzrə iddia ərizəsinin surətindən görünür ki, məhkəmənin icraatında iddiaçı Məhərrəmova (Mahmudova) İnci Əlican qızı cavabdeh Borclu qarşı 0.45 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinin və ümumi sahəsi 214.30 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isəəmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, təqdimatda üzərinə həbs qoyulması istənilən, Borclu adına aşkar edilmiş xx.xx.2019-ci il tarixli ********** qeydiyyat nömrəli, **********21-10301 reyestr nömrəli çıxarışa əsasən 0.225 ha xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair tələbkar Məhərrəmova (Mahmudova) İnci Əlican qızı arasında naturada bölünməsi tələbinə dair məhkəmədə mülki icraat qaydasında mübahisə olduğundan təqdimat rədd edilməlidir. Sadalananları və İcra haqqında Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat rədd edilsin. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 Rayon Məhkəməsinin e-2(014)-831/2022 saylı 13 iyun 2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar