Məhkəmə qərarları › İş №8(014)-44/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-44/2024

11.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-44/2024 11.03.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu məcburi gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasov məhkəməyə təqdimatla müraciət edərək, Ağdaş Rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu cəmi 540 manat əsas borc, 60 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 625 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Ağdaş rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin icrası ilə əlaqədar Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsi üçün Ağdaş rayon məhkəməsinə müraciət edilməlidir. Göstərilənlərə əsasən Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməsinə dair məsələyə baxılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçın nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasına iştirakları olmadan baxılmasına etirazları olmadığını, iddianı müdafiə etdiklərini bildirərək təqdimatın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Ağdaş Rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən cavabdeh Borclu cəmi 540 manat əsas borc, 60 manat cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 625 manat pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Ağdaş Rayon Notariat ofisinin 8i- 8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra icraatına başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etmək üçün vaxt verilmişdir. Həmçinin, iş materiallarından görünür ki, Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi Şaiq Məmmədov tərəfindən xx.xx.2024-cü il tarixdə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məhkəmə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Belə olan halda Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Borclu Ağdaş rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Abbasovun Borclu məcburi gətirilməsi barədə təqdimatı təmin olunsun. Ağdaş Rayon Notariat ofisinin 8i-8171 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan Borclu məcburi qaydada Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar