Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-441/2025 10.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, təqdimat vermiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatına Ağdaş Rayon Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Gülşən Heydərova məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmin 1210 (bir min iki yüz on) manat pul cavabdehlər Borclu və X3 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi 16 iyul 2025-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə birlikdə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Məhkəmə iclasında təqdimat vermiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu iddiaçı Tələbkar səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmin 1210 (bir min iki yüz on) manat pul cavabdehlər Borclu və X3 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İcra sənədi icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edib, borcluya tələbin könüllü icra ilə əlaqədar bildiriş göndərmiş və icra sənədinin icrasına dair müxtəlif hərəkətlər etmişdir. Lakin borclu edilən xəbərdarlıqlara baxmayaraq borcu tam şəkildə ödəməmiş, bu səbəbdən də borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə teleqram ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib məhkəmə iclasının yeni ildən sonraya təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, təqdimata tələbkarın və borclunun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, icra məmurunun izahatını dinləyib, təqdimatı və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Borclu iddiaçı Tələbkar səhhətinə vurduğu zərərin (yəni yanmış dərinin əvvəlki vəziyyətinin bərpası üçün çəkdiyi xərclər) əvəzi olaraq 910 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmin 1210 (bir min iki yüz on) manat pul cavabdehlər Borclu və X3 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ödəniməlidir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 16 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında borclular Borclu və X5 bildiriş göndərilmişdir. 01 dekabr 2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Borclu və X4 qeydiyyatda olduqları ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Sadalananlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədi üzrə borclu, Ağdaş şəhəri, X9 küçəsi 11/5 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat təmin edilməlidir. Qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1303/2024 saylı, 12 avqust 2024-cü il tarixli icra sənədi üzrə borclu Ağdaş şəhəri, X9 küçəsi 11/5 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №8(014)-441/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-441/2025
10.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver