Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-446/2022 29.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə X2 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Tələbkar cavabdeh X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 3000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 (üç min əlli manat) manatın alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İcra sənədi üzrə borclu X4 ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ondan 3050 (üç min əlli) manatın alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsinin qət edildiyini, qətnamənin icrasından boyun qaçırmadığını, hazırda heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin çox ağır olduğunu bildirib, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə olan 3050 (üç min əlli) manatın hər ayda 100 manat məbləğində ödənilməklə hissə-hissə icra edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Tələbkar cavabdeh X3 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X1 3000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3050 manatın (üç min əlli manat) alınaraq iddiaçı Tələbkar xeyrinə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mahir Abbasovun xx.xx.2022-ci il tarixli ilə icra sənədi üzrə icraata başlanılmış, icra sənədi üzrə borclu X2 izahatı alınmış, X4 izahatında borcunu ödəməkdən imtina etmədiyini, lakin borcu hər ay hissə-hissə ödəməyə söz verdiyini bildirmiş, bu vaxta qədər qətnamə üzrə borcun lakin bu vaxta qədər tələb olunan borcdan heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnamənin hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında Qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələni həll etdikdə, təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına əsasən Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə olan borcdan heç bir ödəniş edilmədiyi, X2 maddi vəziyyətinin tələb olunan borcu birdəfəlik ödəməyə imkan vermədiyi, hələki borclunun adına tələbin yönəldilə bilinəcəyi hər hansı bir qiymətli əşya, avtomobil və sair əmlakının müəyyən edilmədiyi, qətnamənin qısa müddət ərzində icra edilə bilinməməsi nəzərə alınaraq, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsi üzrə olan 3000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat X1 hər ayda 100 manat tutularaq icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməklə hissə-hissə icra edilməlidir. Məhkəmə hesab edir ki, bu tələbkarın da mənafeyinə uyğun olar, belə olan halda qətnamə ağlabatan müddət ərzində icra olunar və icra edilməmiş vəziyyətdə qalmaz. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1229/2022 saylı 14 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən ödənilməli olan 3000 manat borc və 50 manat ödənilmiş dövlət rüsumu, cəmi 3050 (üç min əlli) manat X1 hər ayda 100 manat tutularaq icra sənədi üzrə Tələbkar xeyrinə ödənilməklə hissə-hissə icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-446/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-446/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver