Məhkəmə qərarları › İş №8(014)-448/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-448/2025

06.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-448/2025 06.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, qərarından şikayət verilmiş şəxs Maraqlı şəxs icra məmuru X5, Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə1 və şikayət vermiş şəxs Ələkbərov Seymur Rəfail oğlunun iştirakları ilə Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanunsuz hərəkətləri ilə bağlı Ələkbərov Seymur Rəfail oğlu tərəfindən verilmiş şikayətə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X13 Rəfail oğlu 10 dekabr 2025-ci il tarixdə məhkəməyə icra məmurunun qanunsuz hərəkətləri haqqında ərizə ilə müraciət edərək, e125022/2024-71-7-001 saylı, 20 oktyabr 2025-ci il tarixli “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının hərracda satılması ilə bağlı” sifarişin ləğv edilməsi və hərracın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Seymur Ələkbərov ərizəni onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədinə əsasən X1 49511,62 manat məbləğində pul alınaraq Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməlidir. Ekspertiza xərcinə görə borclular X7, X2 və ondan, yəni Ələkbərov Seymur Rəfail oğlundan 300 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 160,28 kv.m yaşayış sahəsi 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılmalıdır. Mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Maraqlı şəxs icra məmuru Gülşən Heydərova borclulara heç bir məlumat vermədən icra hərəkətlərini aparmadan e125022/2024-71-7-001 saylı, 20 oktyabr 2025-ci il tarixli sifarişlə “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının hərracda satılması ilə bağlı qərar qəbul etmişdir. Ona hərracın 18 noyabr 2025-ci il tarixdə keçirilməsi ilə əlaqədar olaraq SMS bildiriş gəlmişdir. Məsələ ilə əlaqədar olaraq o, Maraqlı şəxsnə yaxınlaşaraq heç nədən məlumatının olmadığını bildirmişdir. İcra məmuru sənədlərə baxaraq 14 noyabr 2025-cı il tarixdə ondan izahat almışdır. Bununla da, “İcra haqqında’' Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərini pozmuşdur. Həmin qanunun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Həmin Qanunun 8.3-cü bəndinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci bəndinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Lakin ona qərar təqdim edilməyindən o, məhkəməyə müraciət etmək hüququndan məhrum edilmişdir. İcra məmuru onun və digər borcluların məlumatı olmadan əmlakı hərraca göndərməsi qanunsuz hərəkətdir. İcra haqqında" Azərbaycan Respublikasının qanununun 87.1-ci maddəsinə əsasən İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və va hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. O, e125022/2024-71-7-001 saylı, 20 oktyabr 2025-ci il tarixli sifarişlə “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının hərracda satılması ilə bağlı sənədi 14 noyabr 2025-ci il tarixdə qəbul etmişdir. İcra məmurunun hərəkəti (hərəkətsizliyi) barədə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 02 dekabr 2025-ci il tarixli, 2-1(116)-4671/2025 saylı qərardadla ərizəsi mümkün sayılmamışdır. Məhkəmə iclasında ərizə vermiş şəxs Ələkbərov Seymur Rəfail oğlu ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs icra məmuru Gülşən Heydərova borclulara heç bir məlumat vermədən, heç bir icra hərəkətləri aparmadan 20 oktyabr 2025-ci il tarixli sifarişlə “icra sənədinin icrası ilə bağlı borclunun əmlakının hərracda satılması ilə bağlı qərar qəbul etmişdir. Hərracın 18 noyabr 2025-ci il tarixdə keçirilməsi ilə əlaqədar olaraq ona SMS bildirişi gəldikdən sonra yaşayış evinin hərraca çıxarılmasına dair məlumatı olmuşdur. O, Maraqlı şəxsnə getmiş və ona heç bir xəbərdarlıq edilmədən əmlakın hərraca çıxarılmasına etirazını bildirmişdir. 18 noyabr 2025-ci il tarixdə ondan izahat alınmışdır. Ona ümumilikdə iki dəfə SMS bildirişi gəlmişdir. O, icra məmurundan ona vaxt verilməsini, obyektini satdığını və satışdan əldə olunan pulla yanvar ayının sonuna kimi borcu ödəyəcəyini bildirmişdir. Lakin buna baxmayaraq icra məmuru tərəfindən əmlakın hərraca çıxarılmasına dair sifariş hazırlanmışdır. Qeyd olunanları nəzərə alıb sifarişin ləğv olunmasını və hərracın dayandırılmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs icra məmuru X5 izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)10/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli icra vərəqəsi 17 aprel 2024-cü il tarixdə Maraqlı şəxs icraatına daxil olmuş və tərəfindən icraata başlama haqqında qərar qəbul edilmişdir. İcra vərəqəsinə əsasən cavabdeh X1 cəmi 49511,62 manat borc alınaraq Tələbkar QSC-yə ödənilməli, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı 160,28 kv.m yaşayış sahəsi 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılmalı, mənzilin satılması nəticəsində əldə edilmiş pul məbləği ümumi mülkiyyətin mülkiyyətçiləri arasında bölüşdürülməlidir. Vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsi borcluya qaytarılmalıdır. İş üzrə borclu Seymur Ələkbərova 22 avqust 2024-cü il, 01 oktyabr 2024-cü il, 12 fevral 2025ci il, 14 may 2025-ci il və 31 oktyabr 2025-ci il tarixlərdə SMS bildirişi göndərilmişdir.Tərəfindən icra sənədinin icrası ilə bağlı əmlakın elektron hərracda satılması ilə bağlı X11 sifariş göndərilmiş, 18 noyabr 2025-ci il tarixdə hərrac keçirilmişdir. Məhkəmə iclasında Tələbkar QSC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, borcun ödənilməsinə dsair dəfələrlə borclu Seymur ƏLəkbərovla telefon vasitəsi ilə əlaqə saxlanılmışdır. X17 borcun ödənilməsi üçün hər hansı hərəkətlər etməmişdir. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses tərəflərinin izahatlarını dinləyib, ərizəni və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X1 38474 manat əsas borc, 10007,62 manat faiz borcu və 1000 manat məbləğində cərimə borcu, 30 manat dövlət rüsumu, cəmi 49511,62 manat borcun alınaraq Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi, tutmanın Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, vəsaitin ödənişlərin məbləğindən artıq qalan hissəsinin X6 qaytarılması, ipoteka predmetinin hərracda satışdan əldə olunmuş vəsait kredit borcunun tam ödənilməsi üçün kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdeh X1 tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 90000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X7, X2 və Ələkbərov Seymur Rəfail oğlunun Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər X7, X2 və Ələkbərov Seymur Rəfail oğlundan 300 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinə dair yekun qərar qəbul edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(014)-10/2024 nömrəli qətnaməsi 28 mart 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş, və həmin tarixdə də icra vərəqəsi icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. “Elektron icra” sistemindən əldə edilmiş çıxarışdan görünür ki, yuxarıda qeyd edilən icra sənədi 17 aprel 2024-cü il tarixdə Maraqlı şəxs icra məmuru Gülşən Heydərovanın icraatına daxil olmuş və e125022/2024-71-7-001 nömrə ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs 19 aprel 2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, həmin tarixdə Maraqlı şəxs icra məmuru Gülşən Heydərova tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə tələbin könüllü icrası haqqında borclular X2, X7 və Ələkbərov Seymur Rəfail oğluna bildiriş göndərilmişdir. Bundan sonra, Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadına əsasən iddiaçı Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X7, X2 və Ələkbərov Seymur Rəfail oğluna qarşı ipotekaya qoyulmuş əmlaka və torpaq sahəsinə tutma yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(014)-10/2024 saylı qətnaməsindən cavabdeh Ələkbərov Seymur Rəfail oğlunun apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Ələkbərov Seymur Rəfail oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, həmin iş üzrə Ağdaş Rayon Məhkəməsinin 22 yanvar 2024-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qətnamənin nəticə hissəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X3 hüquqi varisləri Ələkbərov Seymur Rəfail oğlu, X8 və X4 müştərək qaydada 38.474 manat əsas borc, 10.007,62 manat faiz borcu və 1.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 49.481,62 manat borc və 30 manat dövlət rüsumu alınaraq Tələbkar QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi, tutmanın Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra X2 və Ələkbərov Seymur Rəfail oğlunun Ağdaş şəhəri, M.İsayev küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 160.28 kv.m yaşayış, 136.68 kv.m köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Ələkbərov Seymur Rəfail oğlu, X8 və X4 müştərək qaydada 300 manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsinə dair yekun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-73/2025 nömrəli, 23 yanvar 2025-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh Ələkbərov Seymur Rəfail oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2024-cü il tarixli, 2(107)-837/2024-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən Maraqlı şəxsnə göndərilmiş 18 mart 2025-ci il tarixli, 2(107)-837/2024 nömrəli məktub, icra vərəqəsi və çıxarışdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-837/2024 nömrəli, 30 iyul 2024-cü il tarixli icra vərəqəsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. “Elektron icra” sistemindən edilmiş çıxarışdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli icra səndi 24 aprel 2025-ci il tarixdə Maraqlı şəxs icra məmuru Ramin Abbasovun icraatına daxil olmuş və e81799/2025-71-6 nömrə ilə qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmə və ya digər orqan, habelə “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilir. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən icra sənədləri istisna olmaqla, digər icra sənədləri “Elektron icra” informasiya sistemi ilə inteqrasiya olunmuş “Elektron məhkəmə”, “Elektron notariat” və digər dövlət orqanlarının (qurumlarının) müvafiq informasiya ehtiyatları və sistemləri vasitəsilə icraya yönəldilir. İnformasiya ehtiyatları və sistemləri mövcud olmayan dövlət orqanları (qurumları) və bələdiyyələr icra sənədlərini “Elektron icra” informasiya sistemində həmin dövlət orqanları (qurumları) və bələdiyyələr üçün yaradılmış elektron kabinetlərdə yerləşdirməklə icraya yönəldirlər. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan (qurumdan) “Elektron icra” informasiya sistemi vasitəsilə qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Buna baxmayaraq, icra məmuru tərəfindən Ağdaş Rayon Məhkəməsinin ləğv edilmiş 22 yanvar 2024-ci il tarixli qətnaməsinə əsasən qeydiyyata alınmış e125022/2024-71-7-001 saylı icra işi üzrə 20 oktyabr 2025-ci il tarixdə X11, Tələbkar QSC, borclular X7, X2 və Ələkbərov Seymur Rəfail oğluna icra sənədinin icrası ilə bağlı borclunun əmlakın elektron hərracda satılmasına dair sifariş göndərilmişdir. “X16”ndan çıxarılmış 29 oktyabr 2025-ci il və 25 noyabr 2025-ci il tarixli “Hərrac bildirişləri”ndən də görünür ki, Maraqlı şəxs e125022/2024-71-7-001 saylı sifariş məktublarına əsasən ünvan 1 ünvanda yerləşən borcluya məxsus olan əmlak açıq hərraca çıxarılmışdır. Halbuki “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsində icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə, icra sənədi üzrə icraata xitam verilməsi imperativ norma kimi nəzərdə tutulmuşdur. Həmin Qanunun 20.2-ci maddəsində göstərilmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qanunverciliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, icra məmuru Ağdaş Rayon Məhkəməsinin ləğv edilmiş 22 yanvar 2024-ci il tarixli qətnaməsi üzrə açılmış e125022/2024-71-7-001 saylı icra işinə xitam verməli və Şəki Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli icra səndi üzrə icraata başlama haqqında qərar qəbul etməli və qeydə alınmış e81799/2025-71-6 nömrəli iş üzrə icra hərəkətlərini davam etdirməli olduğu halda bunu etməmiş, nəticədə ləğv edilmiş məhkəmə qətnaməsindən irəli gələn və hüquqi qüvvəsi olmayan icra sənədi əsasında borclunun əmlakının elektron hərracda satılması ilə bağlı sifariş və bu sifariş əsasında X16nda ünvan 1 ünvanda yerləşən borcluya məxsus olan əmlak açıq hərraca çıxarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Ələkbərov Seymur Rəfail oğlu tərəfindən verilmiş şikayət təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədi üzrə verilmiş 20 oktyabr 2025-ci il tarixli şifariş ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ələkbərov Seymur Rəfail oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 2(014)-10/2024 nömrəli, 28 mart 2024-cü il tarixli icra sənədi üzrə verilmiş 20 oktyabr 2025-ci il tarixli sifariş ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar