Məhkəmə qərarları › İş №8(014)-450/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-450/2022

23.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-450/2022 23.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimatla müraciət edərək borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 192/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 5200 manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 8(014)-174/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Borclu və ailə üzvlərinə məxsus 5,21 hektar (kənd təsərrüfatı təyinatlı) torpaq sahəsinin 4,21 hektar hissəsi üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə borclunun əmək haqqından vaxtaşırı tutulmalar aparıldığından, borcun borclununn əmlakına yönəldilməsi zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən Borclu adına Ağdaş rayonunun Pirkəkə kəndində yerləşən 5,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4,21 ha hissəsinin üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu adına Ağdaş rayonunun Pirkəkə kəndində yerləşən 5,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4,21 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2022-ci il tarixli, № **********5 saylı arayışdan görünür ki, icra sənədi üzrə borclunun əmək haqqından 2021-ci ilin iyun ayından vaxtaşırı tutulmalar aparılır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatı təmin edilsin. Borclu adına Ağdaş rayonunun Pirkəkə kəndində yerləşən 5,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4,21 ha hissəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar