Məhkəmə qərarları › İş №8(014)-451/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-451/2022

22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-451/2022 22.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi P.Abuşovanın katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Taleh Kərimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1465/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-38/2021 saylı qətnaməsicavabdeh Borclu X1 xeyrinə tutulması müəyyən edilmiş 8160 manat maddi ziyanın məbləğinə münasibətdə dəyişdirilməlidir. Borclu X1 xeyrinə tutulmalı olan maddi ziyanın məbləği 6734.0 manat müəyyən edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat Borclu alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Aparılmış icra tədbirləri nəticəsində Borclu adına Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqi ilə 2.7671 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə Borclu adına Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.7671 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.55342 ha hissəsinin üzərinə həbs qoyulması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunununu 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Beləliklə məhkəmə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/144152 saylı icra sənədi üzrə Borclu adına Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.7671 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.55342 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/144152 saylı icra sənədi üzrə Borclu adına Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisində 5 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 2.7671 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin borclunun payına düşən 0.55342 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar