Məhkəmə qərarları › İş №8(014)-455/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-455/2025

17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-455/2025 17.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X4, X2 Maraqlı şəxs1 icra məmuru X8 Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 icra məmuru X8 Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəyə əlavə edilmiş 21 may 2025-ci il tarixli iş üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, Maraqlı şəxs1 icra məmuru Natiq Müslümov tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədinə xitam verilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. X3 Maraqlı şəxs1 icra məmuru X8 Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsinə dair müvafiq məhkəməyə şikayət etməli olduğu halda Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 Maraqlı şəxs1 icra məmuru X8 Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Maraqlı şəxs1 icra məmuru X8 Rayon Məhkəməsinin 2(014)-318/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarının ləğv edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar