Məhkəmə qərarları › İş №8(014)-458/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-458/2025

29.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-458/2025 29.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, X1 iştirakı ilə Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1128/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsinin hər ay 50 manat məbləğində ödənilməklə hissə-hissə icra edilməsinə dair X2 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə ərizə ilə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin e-2(014)- 1128/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsinin hər ay 50 manat məbləğində ödənilməklə hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, Ağdaş rayon məhkəməsinin e-2(014)-1 1 28/2022 nömrəli 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilərək ondan iddiaçının xeyrinə 2011,70 (iki min on bir manat, yetmiş qəpik) manat məbləğində borc və 40,12 (qırx manat, on iki qəpik) manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması qət edilmişdir. O pensiyaçı olduğundan Maraqlı şəxs tərəfindən icra sənədi üzrə tutulma onun təqaüdünə yönləndirilərək hər ay onun pensiyasının 40 faizi Tələbkar xeyrinə tutulur. Onun pensiyasının məbləği cəmi 393 (üç yüz doxsan üç) manatdır və bu onun yeganə gəlir mənbəyidir. Qətnaməyə əsasən tutulacaq pul məbləğini birdəfəlik ödəməyə imkanım yoxdur. Belə ki, Tələbkar xeyrinə ondan tutulan pul məbləğindən əlavə o hər ay 252RPT********** nömrəli kredit müqaviləsi əsasında Azərbaycan Beynəlxalq Bankı ABBdən götürmüş olduğu kredit üzrə 235 (iki yüz otuz beş) manat 89 qəpik, 724-AGD-0702-24 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsi əsasında BOKT Embafinans QSC-dən götürmüş olduğu kredit üzrə 70 (yetmiş) manat məbləğində krediti ödəyir. O tək qadındır. Həyat yoldaşı hələ 1993-cü ildə vəfat edib. Bundan əlavə onun “əlində” şizofreniya əlamətləri ilə kəskin polimorf psixatik pozuntu xəstəsi olan yetkinlik yaşına çatmış X6 adlı övladı var. Yaranmış hal nəticəsində onun ailəsində yaranmışdır. Məhkəmə iclasında X5 izahatında göstərdi ki, pensiya alır, kreditləri çoxdur. Himayəsində xəstə övladı var. Qaza 2000 manat cərimə yazılmışdır. Banka hər ay 235.89 manat ödəyir. Bütün bunları nəzərə alaraq ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş edir. Lazımi qaydada məhkəmə iclasının vaxtı və yeri barəsində Tələbkarnə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən icra məmurunun və tələbkarın iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. İşin materiallarında olan Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli e-2(014)-1128/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X3 2011.70 manat məbləğində borc və 4.12 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi alınaraq Tələbkarnə verilsin. İşin materiallarında olan e-sosialdan əldə olunmuş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, X5 yaşa görə 393.33 manat məbləğində əmək pensiyası alır. İşin materiallarında olan 18 oktyabr 2023-cü il tarixli, 30 yanvar 2025-ci il tarixli və 02 iyul 2025-ci il tarxli ambulator kitabçadan çıxarışlardan görünür ki, X4 övladı X6 şizofreniya əlamətləri ilə kəskin polimorf psixatik pozuntu diaqnozu qoyulmuşdur. İşin materiallarında olan 28 iyul 2022-ci il tarixli e-2(014)-1128/2022 saylı qətnamənin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, cavabdeh X3 2011.70 manat məbləğində borc və 40.12 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının əvəzi alınaraq Tələbkar xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Göründüyü kimi borclu X4 borcu birdəfəyə ödəmək üçün maddi imkanı yoxdur, ondan icra sənədi üzrə borcun birdəfəyə tələb olunması icra sənədinin vaxtında və düzgün icra olunmasının təmin edilməsinə şərait yaratmayacaq, əksinə şəxsin özündən asılı olmayan səbəblərdən məhkəmə aktının icra edilə bilməməsi ilə nəticələnəcək. Lakin borc hissələrlə icra edilərsə, bu qətnamənin daha effektiv icrası üçün əsas olacaq. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin e- 2(014)-1128/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi üzrə icra sənədinin hissə-hissə, yəni aylıq 50 manat omaqla ödənilməsinə dair ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 267- 268-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1128/2022 saylı 28 iyul 2022-ci il tarixli qətnaməsi üzrə icra sənədinin hissə-hissə icra edilməsinə dair X4 ərizəsi təmin edilsin və həmin icra sənədi hər ay 50 manat məbləğində olmaqla icra edilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar