Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 8(014)-460/2022 29.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru Taleh Kərimov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-875/2020 saylı 09 oktyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X3 və xx.xx.2015-ci ildə anadan olmuş X4 18 yaşına çatana qədər onların saxlanılmaları üçün X1 xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. Aparılmış icra tədbirləri nəticəsində icra sənədi üzrə Borclu adına Ağdaş rayonu Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması müəyyən olunmuşdur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq icra sənədi üzrə Borclu adına olan Ağdaş rayonu Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6534 ha hissəsinin üzərinə həbs qoyulması xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq iş üzrə tələbkar, borclu və icra orqanının nümayəndəsi səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunununu 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1.0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Beləliklə məhkəmə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/169974 saylı icra sənədi üzrə Borclu adına olan Ağdaş rayonu Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6534 ha hissəsinin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsaslanaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 4/169974 saylı icra sənədi üzrə Borclu adına olan Ağdaş rayonu Cardam kəndi ərazisində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.9205 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.6534 ha hissəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. (Qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır). Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №8(014)-460/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №8(014)-460/2022
29.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver